İŞİD 13 polisi öldürdü


18:41     20 Mart 2016 thumb_20150820112255357.jpg

İŞİD Misirin Sina əyalətinə hücum edib.


Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Misir Daxili İşlər Nazirliyi məlumat yayıb.

İŞİD Es-Səfa bölgəsindəki nəzarət nöqtəsinə top və silahlarla atəş açıb, qarşıdurma meydana gəlib.

Sina Təhlükəsizlik Müdirliyi açıqlamasında hücumda 13 polisin öldüyünü, 2 polisin yaralandığını bildirib.

Hücumu İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Açar sözlər:

Oxunub: 1102