İŞİD lideri ilə bağlı xəbər yalan çıxdı


00:44     19 Dekabr 2017 bagdadi.jpg

ABŞ-ın rəhbərliyi altında beynəlxalq koalisiya İŞİD terror təşkilatının başçısı Əbu Bəkr əl-Bağdadinin ələ keçirilməsi xəbərini təkzib edib.


Femida.az xarici KİV-lərə xəbər verir ki, bu barədə koalisiya nümayəndəsi bildirib.

“Təəssüf ki, bu xəbərlər həqiqətə uyğun deyil”, deyə nümayəndə qeyd edib. Onun sözlərinə görə, koalisiya Əbu Bəkr əl-Bağdadinin harada olmasından xəbərsizdir.

Qeyd edək ki, bundan əvvəl Türkiyənin “Yeni Şafak” qəzeti əl-Bağdadinin ABŞ hərbçiləri tərəfindən ələ keçirildiyini və Suriyanın şimalındakı hərbi bazada saxlanıldığı barədə məlumat yayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1023