İŞİD kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
19:55 30 Dekabr 2017
İŞİD terror qruplaşması Misirin paytaxtı Qahirə şəhərində kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürüb.
Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ekstremistlərin informasiya fəallığının monitorinqini aparan "SITE" saytı məlumat yayıb.
Misirin DİN-nin məlumatına əsasən, terrorçu motosikletdə kilsəyə hücum edib. Nəticədə terrorçu və polislər arasında atışma baş verib. İnsident nəticəsində 1 polis əməkdaşı və 6 mülki vətəndaş həlak olub, 4 nəfər isə yaralanıb. Terrorçu polislər tərəfindən yaralı olaraq ələ keçirilib. Onun üzərində avtomat və çox sayda güllə olub.
Tibbi mənbələrin verdiyi məlumata görə, hadisə nəticəsində 10 nəfər ölüb və bir o qədər də insan yaralanıb. Ölənlərdən üçü polis əməkdaşı olub. Terrorçuların beş nəfər olduğu, onlardan üçünün hadisə yerində öldürüldüyü bildirilir. Daha ikisinin axtarışları davam edir.
Femida.az
Oxunub: 837
Oxşar xəbərlər
- İŞİD lideri ilə bağlı xəbər yalan çıxdı
- İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazasında saxlanılır
- İŞİD-ə qoşulmuş azərbaycanlıya hökm oxunub - 14 İL
- İŞİD-in mövqelərinə zərbələr endirilib
- İŞİD İraqdakı son dayaq nöqtəsini də itirdi
- İŞİD-ə qoşulan boksçu Suriyada öldürülüb
- İŞİD müftisi öldürüldü
- İŞİD İraqa 100 milyard dollar ziyan vurub
- İŞİD-in Suriyadakı obyektləri bombalandı
- İŞİD-in son dayaq nöqtəsi də tutuldu