İstanbul terrorunu İŞİD törədib


21:37     20 Mart 2016 terror95.jpg

“Dünən səhər İstanbulda törədilən partlayışın təşkilatçısı - terrorçu İŞİD qruplaşmasıdır”.


Femida.az-ın məlumatına görə, bu barədə Türkiyənin Daxili işlər naziri Efkan Ala bildirib.

Nazirin sözlərinə görə, araşdırma nəticəsində məlum olub ki, terrorçu-kamikadze - 1992 təvəllüdlü Qazıantep şəhərinin sakini Mehmet Öztürktür: “Əldə etdiyimiz məlumatlar onu deməyə əsas verir ki, Mehmet Öztürk bilavasitə İŞİD qruplaşması tərəfindən yönləndirilib”.

Hadisə ilə bağlı beş nəfərin həbs olunduğu bildirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 878