Şamaxıda yük maşını aşdı: 2 yaralı


22:13     20 Mart 2016 yuk%20masini.jpg

Şamaxı rayonu ərazisində “Mersedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb.


FHN-dən Femida.az-a verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 134-cü kilometrliyində qeydə alınıb.

Nəticədə avtomobildə olan 2 nəfər sərnişin xəsarət alıb və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 957