14 tələbə faciəli şəkildə öldü


01:50     21 Mart 2016 bfb89a56690eceb611a5e836fce2e189.jpg

Bu gün İspaniyanın Tarraqon əyalətində dəhşətli qəza baş verib.


Bu gün səhər saat 6:00-da Barselona şəhəri istiqamətində gedən sərnişin avtobusu əks yola çıxıb və qarşıdan gələn maşınla toqquşub.

Avtobusda 57 sərnişin olub. Sərnişinlərdən Ən azı 14-ü həyatını itirib, 30 nəfər xəstəxanaya yerləşdirilib. Ölənlərin əksəriyyəti xarici ölkə vətəndaşı olan tələbələridir. Həmin tələbələr “Eramus” tələbə mübadilə proqrammı çərçivəsində İspaniyaya gəliblər. Xəsarət alanlar arasında 22-29 yaşlı İspaniya, Böyük Britaniya, İsveçrə, Norveç, Türkiyə və Ukrayna vətəndaşları var. Hazırda qəza baş verən şose avtomobillərin hərəkəti üçün bağlanıb.

Artıq İspaniyanın baş naziri vəzifəsini icra edən Mariano Raxoy qəzada həyatını itirənlərin yaxınlarına başsağlığı verib, xəsarət alanlara şəfa diləyib.

Açar sözlər:

Oxunub: 727