Siyəzəndə maşın yanıb


03:20     21 Mart 2016 masin43.jpg

Siyəzəndə yanğın hadisəsi qeydə alınıb.


Femida.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Bakı-Quba yolunun 104-cü kilometrliyində, Siyəzən rayonu ərazisində “Avrora” qida məhsulları istehsalı şirkətinə məxsus, vətəndaş tərəfindən idarə olunan “Hummer” markalı minik avtomobilinin mühərrik hissəsi və salonu qismən yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 925