Azad Rəhimov Dubaya rəsmi səfər edib


14:45     22 Mart 2016 azad%20rəhimov.jpg

Gənclər və idman naziri Azad Rəhimov martın 23-də “3-cü İdman İctimaiyyəti Mükafatı”-nın (Sport İndustry Awards) təqdimat mərasimində iştirak etmək üçün Dubaya səfərə yola düşüb.


Femida.az xəbər verir ki, 3-cü dəfədir ki, keçirilən ali idman tədbiri mükafatı 14 kateqoriya üzrə son 1 il ərzində idmanın inkişafında xüsusi xidmətləri olan ölkələrə təqdim olunur.

A.Rəhimovun Azərbaycan idmanında son illər ərzində görülən işlərlə bağlı iştirakçıları daha yaxından tanış etməsi məqsədi ilə, çıxışı nəzərdə tutulub.

Qeyd edək ki, “3-cü İdman İctimaiyyəti Mükafatı”uğrunda mübarizədə bu il Bəhreyn, Küveyt, Oman, Səudiyyə Ərəbistanı, İordaniya, Livan və Birləşmiş Ərəb Əmirliklərindən 196 müraciət olub.

Açar sözlər:

Oxunub: 792