AŞPA Tbilisidə iclas keçirdi


23:53     23 Mart 2016 418786.jpg

Tbilisidə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Miqrasiya, qaçqınlar və məcburi köçkünlər komitəsinin iclası keçirilib.


Azərbaycan Respublikası Milli Məclisinin deputatı Sahibə Qafarovanın sədrliyi ilə Gürcüstan Parlamentinin binasında keçirilən iclasda Cənubi Qafqaz regionunda miqrasiya prosesləri, Qərbi Balkandan olan köçkünlərin hüquqlarının müdafiəsi, suriyalı qaçqınlarla bağlı Avropada yaranmış vəziyyət, miqrantlara qarşı zorakılıq halları, Fələstinin Qəzza bölgəsində humanitar durum və digər məsələlər müzakirə olunub.

Femida.az xəbər verir ki, iclasda qaçqın, məcburi köçkün və miqrantların vəziyyətinə dair hesabatlar dinlənilib.

Müzakirələrin sonunda miqrasiya və məcburi köçkünlərin işləri üzrə hesabatların AŞPA-nın sessiyasının gündəliyinə daxil olunması barədə qərar qəbul edilib.

Açar sözlər:

Oxunub: 522