PKK-nın məşhur liderləri biabır oldu


03:42     24 Mart 2016 1458754366.jpg

PKK terror təşkilatının liderləri Murad Qarailan, Cəmil Bayık, Duran Qalxan və digərləri türk ordusundan qorxduqları üçün Qəndildəki Novruz bayramı tədbirinə qatılmayıb.



Axar.az xəbər verir ki, bu vəziyyət onları terrorçular arasında lağ obyektinə çevirib.

Məsələ ilə bağlı terrorçuların rabitə danışıqlarını təqdim edirik:

Başur: "Davam elə Sarya"
Sarya: "Camal (Murad Qarailan - red.), Cuma (Cəmil Bayık - red.) tədbirdə olmayıb..."
Başur: "Düzdü yoldaş, mənim də diqqətimi çəkdi"
Rojyar: "Abbas (Duran Qalxan - red.), Hüseyn Əli (Murad Qarasu - red.), Başqala (Fəthi Şarlatan) orda olub?"
Başur: "Onlardan məlumat yoxdur"
Rojyar: "Abbas da, Hüseyn də, Başqala da ortalıqda yoxdur... Qəndildəki tədbirə qatılmayıblar"
Sarya: "Peçenyə almağa gediblər..." (gülüş səsləri - red.)
Vivan: "Bunların hamısı öz kölgələrindən qorxmağa başlayıb".

Açar sözlər:

Oxunub: 1535