PKK-nın Bakıdakı bayram şənliyi ilə bağlı şadlıq evindən açıqlama (ÖZƏL)


18:05     25 Mart 2016 sadliq%20evii.jpg

Xəbər verdiyimiz ki, PKK tərəfdarlarının Bakıda yerləşən “Miraj” şadlıq sarayında Novruz şənliyi keçirmələri ilə bağlı məlumatlar yayılmışdı.


Yayılan məlumata görə, 16 mart tarixində Bakının Nərimanov rayonunda yerləşən “Miraj” şadlıq sarayında keçirilən Novruz şənliklərində PKK-ya və qondarma kürd respublikasına bağlı insanlar olub və şadlıq sarayından PKK-nın və qondarma kürd respublikasının bayraqlarını asıblar.

Femida.az məsələyə aydınlıq gətirmək üçün “Miraj” şadlıq sarayı ilə əlaqə saxlayıb.

Şadlıq evinin adının çəkilməsini istəməyən administratoru bildirdi ki, həmin tarixdə sözügedən şadlıq evində belə bir tədbir keçirilməyib:

“Xəbəri ilk dəfə sizdən eşirdirəm. Bildirmək istəyirəm ki, “Miraj” şadlıq evində dediyiniz kimi bir şənlik keçirilməyib. İstəsəniz, gəlib həmin tarixdə olan videokadrlara da baxa bilərsiniz. Mətbuatda dediyiniz məsələ ilə bağlı yayılan məlumatlar heç bir formada həqiqəti əks etdirmir”.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 4664