PKK-nın xain hücumu - Hamilə qadın yaralandı


13:43     04 İyul 2016 pkk78.jpg

Türkiyədə PKK yaraqlıları Mardin vilayətinin Kızıltəpə və Nusaybin rayonlarında terror aktı törədiblər.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Kızıltəpədə PKK terrorçuları tərəfindən körpü partladılıb.

Partlayıcı maddənin işə salınması nəticəsində biri hamilə qadın olmaqla üç mülki vətəndaş xəsarət alıb. Hadisə yerinə baxış keçirən mütəxəssislər partlayıcının əl üsulu ilə hazırlandığını bildirib. Yaralılar Kızıltəpə Dövlət Xəstəxanasına çatdırılıb.

Açar sözlər:

Oxunub: 2008