Ərdoğan Rza Zərrabın həbsindən danışdı


19:17     29 Mart 2016 erdogan2_427.jpg

“Rza Zərrabın həbsinin Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.


Femida.az-ın “Milliyet”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da həbs edilən iranlı iş adamı Rza Zərrabla bağlı sualı cavablandırarkən deyib.

R. T. Ərdoğan Fətullah Güləni nəzərdə tutaraq çirkli pulların yuyulması ilə məşğul olan cinayətkar qrupun əslində ABŞ-ın Pensilvaniya ştatında olduğunu bildirib: “Bu məsələnin əsl səbəbini bilmədən hər hansı fikir bildirməyi doğru hesab etmirəm. Ancaq çirkli pulların başında dayananlar ABŞ-da, Pensilvaniyada yaşayır. Görəsən, bununla bağlı oradakı səlahiyyətli orqanlar nəsə edibmi? Əvvəlcə, bu adamlarla bağlı addımlar atsınlar”.

Türkiyə prezidenti çirkli pulların yuyulması ilə əlaqədar bəzi şəxslərin Türkiyədə həbs olunduğunu, bəzilərinin isə qaçdığını deyib: “Təəssüf ki, dostumuz Amerikanın rəsmiləri bu məsələdə həssaslıq göstərmədilər. Rza bəylə əlaqədar isə bir məsələ varsa, hər halda onun vəkilləri lazımı cavabı verəcəklər. Ancaq mən dəqiq söyləyə bilərəm ki, bu məsələnin Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.

Açar sözlər:

Oxunub: 919