Əhalinin gəlirləri nə qədərdir? - Statistika
16:40 30 Mart 2016
2016-cı ilin yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 10,2 faiz artaraq 6459,3 milyon manata çatıb.
Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər isə 673,3 manat və ya ayda orta hesabla 356,6 manat təşkil edib.
Gəlirlərin 81,0 faizi son istehlak xərclərinə, 10,7 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,4 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 5,9 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 5769,5 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 601,4 manat vəsait qalıb.
Oxunub: 1009
Oxşar xəbərlər
- Əhalinin 85.2 faizi İlham Əliyevə səs verməyə hazırdır - SORĞU
- Əhalinin 91.4 faizi prezidentin xarici siyasətini dəstəkləyir
- Əhalinin nominal gəlirləri 8,2 faiz artıb
- Əhalinin banklarda 7 milyarda yaxın əmanəti var
- Əhalinin banklarda nə qədər pulu var?
- Əhalinin gəlirləri artıb
- Əhalinin banklarda nə qədər pulu var?
- Əhalinin sayı açıqlandı - 10 milyona az qaldı
- Əhalinin gəlirləri artıb
- Əhalinin gəlirləri artıb