Putin Nüvə Sammitinə niyə getmir? - Kreml açıqlama yaydı
19:35 30 Mart 2016
Rusiya prezidenti Vladimir Putinin Vaşinqtonda keçiriləcək nüvə sammitindən imtinasının səbəbi açıqlanıb.
Femida.az xəbər verir ki, Putinin mətbuat katibi Dmitriy Peskov bildirib ki, buna səbəb sammitə hazırlıq çərçivəsində “qarşılıqlı fəaliyyət defisitinin” mövcud olmasıdır.
Moskva hesab edir ki, nüvə təhlükəsizliyi məsələsi ilkin gedişatda ümumi, birgə səy, həmçinin, maraqların və mövqelərin qarşılıqlı nəzərə alınmasını tələb edir.
Qeyd edək ki, daha əvvəl ABŞ prezidentinin köməkçisinin müavini Ben Rods bildirmişdi ki, Rusiya sammitdə iştirakdan imtina etməklə nüvə təhlükəsizliyi müzakirəsindən özünü təcrid etdi.
Rusiya XİN-i isə buna cavab olaraq ABŞ-ın bəyanatının siyasiləşdiyini vurğulamışdı.
Oxunub: 1296
Oxşar xəbərlər
- Putin İlham Əliyevi təbrik etdi
- Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
- Putin Zaxarovaya diplomatik rütbə verdi
- Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən İlham Əliyevə ad günü təbriki
- Putinə zəng gəldi, iclası tərk etdi
- Putin Nazarbayevi təbrik etdi
- Putin Təhlükəsizlik Şurasını toplayır - TƏCİLİ
- Putin seçkilərdə müstəqil namizəd olacaq