Ərdoğanla Obamanın görüş tarixi bəlli oldu


01:10     01 Aprel 2016 obama%20erdogan.jpg

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Barak Obama ilə görüş tarixi bəlli olub.


Femida.az xəbər verir ki, liderlər Bakı vaxtı ilə saat 4:30 Ağ Evdə görüşəcəklər.

Görüşün nahardan sonra baş tutacağı gözlənilir.

Qeyd edək ki, Nüvə Təhlükəsizliyi Sammiti ilə bağlı ABŞ-da səfərdə olan Ərdoğan Co Baydenlə də müzakirələr aparıb.

Femida.az

Açar sözlər:

Oxunub: 693