Putindən Qarabağ çağırışı – SON DƏQİQƏ


17:07     02 Aprel 2016 putin%20narahat.jpg

Bu gün Dağlıq Qarabağ cəbhəsində baş verən son hadisələrlə bağlı Rusiyadan daha bir açıqlama gəlib.


Femida.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bu barədə jurnalistlərə açıqlama verib.

Onun sözlərinə görə, Vladimir Putin Dağlıq Qarabağdakı hərbi əməliyyatların başlanması barədə xəbərlərdən dərin narahatlıq keçirir. Rusiya Prezidenti tərəfləri atəşi dərhal dayandırmağa və təmkin nümayiş etdirməyə çağırıb.

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 24438