Putindən gözlənilməz qərar - Administrasiya rəhbərini işdən çıxardı


20:02     12 Avqust 2016 1405325733.jpg

Rusiya dövlət başçısı Vladimir Putin Prezident Administrasiyası rəhbərini vəzifəsindən uzaqlaşdırıb.


Femida.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Sergey İvanovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam bu gün yayımlanıb.

Digər bir sərəncamla İvanov prezidentin ətraf mühitin mühafizəsi, ekologiya və nəqliyyat məsələləri üzrə xüsusi nümayəndəsi təyin edilib. Putin bildirib ki, başqa bir vəzifəyə keçirilməsini İvanov özü xahiş edib.

Açar sözlər:

Oxunub: 1896