Putindən NATO-ya sərt cavab


13:06     14 İyun 2017 1418895708_putin_zumapress.jpg

“Rusiya strateji balansın qorunması məqsədi ilə NATO-nun hərəkətlərinə adekvat cavab verəcək”.


Rusiya KİV-lərinin yaydığı xəbərə görə, bunu Rusiya prezidenti Vladimir Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində deyib.

Putinin sözlərinə görə, Rusiya üçün burada iki təhlükə mövcuddur:

“Birincisi – həmin antiraketlərin Şərqi Avropa ölkələrində, sərhədlərimizin birbaşa yaxınlığında yerləşdirilməsi. İkincisi – antiraket buraxıcı qurğuları bir neçə saata hücum raketlərinin buraxıcı qurğusuna çevirmək mümkündür. Şərqi Avropa, suda, Aralıq və şimal dənizlərində, gəmilərdə, hətta Alyaskada da quraşdırırlar”.

Rusiya prezidenti bildirib ki, Rusiya demək olar ki, raketdən müdafiə sistemləri ilə mühasirəyə alınıb:

“Əslində, bu tərəfdaşlarımızın növbəti kobud strateji səhvidir, çünki bütün bu hərəkətlərə Rusiya adekvat cavab verəcək və bu növbəti silah yarışmasına səbəb olacaq. Amma bizim cavab addımımız xeyli ucuz başa gələcək. Buna baxmayaraq texnikalarımız çox effektiv olacaq. Və biz strateji balansı qoruyub saxlayacağıq. Balans çox mühüm bir şeydir”.

Femida.az

Açar sözlər:

Oxunub: 929