Prezident həmsədrləri qəbul etdi


17:30     06 Aprel 2016 706bd3731bb906e3cecbf5111611f753.jpg

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini - Ceyms Uorlik, İqor Popov və Pyer Andryunu qəbul edib.

Femida.az xəbər verir ki, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

Görüşdə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib.

Açar sözlər:

Oxunub: 771