Azərbaycan ermənilərə 18 meyit verdi


03:01     11 Aprel 2016 ermeni916.jpg

Azərbaycan bazar günü Ermənistan tərəfinə 18 hərbçinin meyitini verib.



Femida.az xəbər verir ki, bu barədə Qarabağ separatçılarının sözçüsü David Babayan “news.am“ saytına açıqlamasında deyib.

Qeyd edək ki, bundan öncə 2-5 aprel tarixlərində cəbhədə baş verən hərbi əməliyyatlar zaman döyüş meydanında meyitləri qalan hərbçilərin nəşinin dəyişdirilməsi barədə razılıq əldə olunub. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatınaa görə, proses Dövlət Komissiyası və Müdafiə Nazirliyi tərəfindən, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib. Bu gün meyitlərin dəyişilməsi prosesində ermənilər yenidən atəşkəsi pozublar.

Dövlət Komissiyası bu barədə ətraflı məlumat yayacağını qeyd edib.

Açar sözlər:

Oxunub: 1984