İstanbulda yenə qan töküldü: 2 ölü, 5 yaralı


15:23     14 Aprel 2015 download8.jpg

Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən gecə saatlarında İstanbulun Kağıthane adlanan ərazisində “Ay işığı” adlı yetim uşaqların təhsilinə və sağlamlığına yardım mərkəzinə silahlı basqın olub.

Basqın zamanı Osman Kök və Murat Yavi bütün müdaxilələrə baxmayaraq həyatını itirib. 5 yaralının həyatı qurtarılsa da, vəziyyəti ağır olaraq qalır.

Hadisə ilə bağlı geniş miqyaslı araşdırılma aparılır. Cinayətlə bağlı 24 nəfər həbs edilib.

Günay Arda
Femida.az

Açar sözlər:

Oxunub: 705