İtkin düşən hərbiçilərimizlə bağlı rəsmi AÇIQLAMA
18:34 14 Aprel 2016
Döyüş əməliyyatlarının dayandırılması barədə razılıq əldə edildikdən dərhal sonra Azərbaycan tərəfi həlak olan və itkin düşən hərbi qulluqçuların taleyinə aydınlıq gətirilməsi ilə bağlı üzərinə düşən bütün məsələlərin icrasını həyata keçirib.
Bu barədə Femida.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
Məlumatda bildirilir ki, bu günə kimi “hamının-hamıya” prinsipi əsas götürülərək beynəlxalq vasitəçilərin iştirakı ilə qarşı tərəfə 18 erməni hərbi qulluqçusunun meyiti təhvil verilib. Eyni zamanda daha bir erməni hərbi qulluqçusunun meyitinin tapılaraq Azərbaycan tərəfində olması barədə prosesin iştirakçıları məlumatlandırılıb və onun qaytarılmasına hazır olduğumuz bəyan edilib.
"Lakin döyüş meydanında itkin düşənlərlə bağlı axtarışlar aparılan zaman bir hərbi qulluqçumuz - kiçik gizir Baxışov Seymur Qulamhüseyn oğlunun taleyi barədə məlumat əldə etmək mümkün olmayıb. İtkin düşən hərbi qulluqçumuzun erməni tərəfinin əlində olduğu ehtimal edilir. Ancaq qarşı tərəf onun barəsində məlumat verməkdən imtina edir və qaytarılması istiqamətində müvafiq addımlar atmır.
Azərbaycan tərəfinin razılaşmanın tələblərinə hörmətlə yanaşdığını və şərtlərə tam əməl etdiyini nəzərə alaraq, qarşı tərəfi də eyni addım atmağa dəvət edirik. Həmçinin, aidiyyəti beynəlxalq qurumları kiçik gizir Samir Baxışovun taleyinə aydınlıq gətirilməsi, onun axtarılaraq yerinin müəyyən olunması və tezliklə geri qaytarılmasına köməklik göstərilməsi məsələsində prinsipiallıq nümayiş etdirməyə çağırırıq", - deyə məlumatda bildirilir.
Oxunub: 2865
Oxşar xəbərlər
- İtkin düşən alpinistlərə görə cinayət işi açıldı - RƏSMİ
- İtkin düşən alpinistin anası prezidentə müraciət etdi
- İtkin düşən alpinistlərdən nə xəbər?
- İtkin düşən alpinistin ad günüdür
- İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir
- İtkin düşən alpinistin bacısı danışdı: `Anamın gözü mətbuatda qalıb`
- İtkin düşmüş alpinistlərdən biri polisdir - FOTO
- İtkin düşmüş kişinin meyiti kanaldan tapılıb - Foto
- İtkin düşən Quba sakini tapılıb
- İtkin düşən şəxs tapıldı - Kürdəmirdə