İtkin düşən Quba sakini tapılıb


14:16     21 Noyabr 2017 itkin%20düşüb6.jpg

İtkin düşən Quba sakini tapılıb.


DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Qubada itkin düşən şəxs tapılıb.

Bildirilir ki, rayonun Möhüc kənd sakini 37 yaşlı ruhi xəstəlikdən əziyyət çəkən Almasov Qəni 18.11.2017-ci il tarixdə saat 16:00 radələrində Quba rayon MRX-nın Poliklinika şöbəsinə gəlmiş lakin çıxdıqdan sonra evə qeri qayıtmayıb. Bundan narahat olan ailəsi onun tapılması üçün Quba Polis Şöbəsinə müraciət edib.

Polis əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs səhər saatlarında şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Femida.az

Açar sözlər:

Oxunub: 885