İtkin düşmüş kişinin meyiti kanaldan tapılıb - Foto


02:54     23 Dekabr 2017 meyit49.jpg

Bu gün axşam saatlarında Salyan rayonunun Kürsəngi kəndində cari ilin noyabr ayının 26-da itkin düşmüş kişinin suda boğulmuş meyiti tapılıb.


Femida.az -ın Virtualaz.org-a istinadən məlumatına görə, qonşu Yenikənd kəndindəki istixanada işləmək üçün evdən çıxan 45 yaşlı Kürsəngi kənd sakini Vüqar Məhərrəm oğlu Məhərrəmov bir daha evə qayıtmamışdı.Onun evlərinin yaxınlığındakı tullantı sularını axıdan kollektordan keçmək istəyərkən sərxoş vəziyyətdə suya yıxılaraq boğulduğu ehtimal edilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 1392