Putin Netanyahuyla görüşəcək


19:12     15 Aprel 2016 putin_626.jpg

Rusiya prezidenti Vladimir Putin aprelin 21-də İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək.


Femida.az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.

“Danışıqlar zamanı prioritet sahələrdə ikitərəfli əməkdaşlığın aktual məsələlərinin müzakirəsi planlaşdırılır.

Bundan başqa, regional və qlobal gündəmin ən mühüm mövzuları, ilk növbədə İsrail-Fələstin münaqişəsinin vəziyyəti və həlli perspektivləri, o cümlədən Suriyadakı vəziyyət üzrə fikir mübadiləsinin aparılacağı ehtimal edilir.”, - məlumatda deyilir.

Açar sözlər:

Oxunub: 1217