Boksçumuz ermənini məğlub etdi
22:41 15 Aprel 2016
Türkiyənin Samsun şəhərində davam edən boks üzrə Avropa qitəsi boksçularının lisenziya xarakterli turnirində çıxış edən boksçumuz Cavid Çələbiyev yarımfinalında erməni rəqibi Aram Avaqyanla qarşılaşıb.
Femida.az xəbər verir ki, həmyerlimiz hər 3 raundda rəqibindən güclü olub – 3:0 (30:27; 30:27: 30:27). Bu qələbə Çələbiyevin Rioya lisenziyasını da təmin edib.
56 kq çəki dərəcəsində yer alan C.Çələbiyev bu qələbə sayəsində finala yüksəlib və ilk "üçlüyü" təmin etdiyi üçün "Rio-2016"da iştirak hüququna yiyələnib. Onun turnirin finalındakı rəqibi Böyük Britaniyadan olan idmançı Aşfaq Qais olacaq. A.Qais yarımfinalda ukraynalı Mikola Butsenkonu məğlub edib.
Oxunub: 1400
Oxşar xəbərlər
- Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
- Boksçumuz dünya çempionatına qələbə ilə başladı
- Boksçumuz qızıl medal qazandı
- Boksçumuz finalda - İLK DƏFƏ
- Boksçumuz bürünc medal qazandı
- Boksçumuz yarımfinalda - Rəqib ermənidir
- Boksçumuz yarımfinalda
- Boksçumuz 1/4- də
- Boksçumuz qalib gəldi
- Boksçumuz ölüm-dirim savaşına çıxacaq - FOTO