Boksçumuz finalda - İLK DƏFƏ


02:10     20 Avqust 2016 ec20cd8175a9cae11917033cd0bebf22.jpg

Rio-2016 Yay Olimpiya Oyunlarında boks yarışları davam edir. Bu gün Azərbaycan yığmasının üzvü Lorenzo Sotomayor yarımfinal görüşünə çıxıb.


64 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz Almaniyanı təmsil edən erməni rəqibi Artyom Harutyunyanla döyüşüb. Avropa Oyunlarının qalibi rəqibini mübarizədən kənarlaşdıraraq (3:0) boks tariximizdə yeni səhifə açıb. Çünki Olimpiadalarda indiyədək finalçımız olmayıb.

Qeyd edək ki, Sotomayor yarımfinaladək ukraynalı Vladimir Matviyçuku, fransalı Hassan Amzili və kubalı Yasnier Toledonu mübarizədən kənarlaşdırıb.

Açar sözlər:

Oxunub: 2112