Boksçumuz yarımfinalda
01:08 16 Avqust 2016
Rio-2016 Yay Olimpiya Oyunlarının boks yarışlarında növbəti görüşlər keçirilir.
26 yaşlı boksçumuz Kamran Şahsuvarlı (75 kq) ilk 2 döyüşündə Zao Minqqanqla (Çin) və Artyom Çebotaryovu (Rusiya) mübarizədən kənarlaşdıran 1/4 final çərçivəsində qazaxıstanlı Janıbek Alimxanuli ilə üz-üzə gəlib. Rəqibinə 2:1 hesabı ilə qalib gələn boksçumuz yarımfinala yüksəlməklə həm özü üçün minimum bürünc medalı təmin edib. Bu, Azərbaycan yığmasının Rio Olimpiadasında qazandığı üçüncü medaldı.
İdmançımız yarımfinalda Kuba təmsilçisi Arlen Lopezlə qarşılaşacaq. Bu döyüş avqustun 18-də, saat 22:00-da start götürəcək.
Qeyd edək ki, digər boksçularımızdan Lorenzo Sotomayor (64 kq) da mübarizəni davam etdirir. O, 1/4 final döyüşünə sabah çıxacaq.
Femida.az
Oxunub: 1290
Oxşar xəbərlər
- Boksçumuz erməniyə qalib gələrək Avropa çempionu oldu
- Boksçumuz dünya çempionatına qələbə ilə başladı
- Boksçumuz qızıl medal qazandı
- Boksçumuz finalda - İLK DƏFƏ
- Boksçumuz bürünc medal qazandı
- Boksçumuz yarımfinalda - Rəqib ermənidir
- Boksçumuz 1/4- də
- Boksçumuz qalib gəldi
- Boksçumuz ermənini məğlub etdi
- Boksçumuz ölüm-dirim savaşına çıxacaq - FOTO