Direktor olmaq istəyənlər imtahan verirlər


19:41     16 Aprel 2016 1413523114_tehsil_nazirliyi00-147.jpg

Bu gündən etibarən məktəb direktorlarının işə qəbulu ilə bağlı növbəti mərhələ keçiriləcək.



Bu barədə Femida.az -a Təhsil Nazirliyindən məlumat verilib.

“3 gün ərzində keçiriləcək imtahanlar (bazar günü daxil) saat 9.00-da başlayacaq və hər namizədə 120 dəqiqə vaxt veriləcək. Bu vaxtın 90 dəqiqəsi sual-cavaba, 30 dəqiqəsi isə “esse” yazılmasına ayrılacaq”.

Nazirlik sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə qəbul olunmaq üçün 18-31 mart tarixlərində 3394 nəfər elektron ərizə ilə qeydiyyatdan keçib. Müsabiqəyə 600 vakant yer çıxarılıb.

Açar sözlər:

Oxunub: 817