İŞİD Türkiyəyə raket atdı - Ölən və yaralananlar var
23:51 18 Aprel 2016
Türkiyənin Kilis bölgəsi İŞİD-in Suriyada nəzarət etdiyi Bap bölgəsindən raket atəşinə tutulub.
Femida.az -ın “Milliyyət”ə istinadən verdiyi məlumata görə, nəticədə 3-ü uşaq olmaqla, 4 nəfər ölüb, 6 nəfər yaralanıb.
Raket mərmilərindən ikisi dövlət xəstəxanasının arxasındakı oksigen deposuna, ikisi Yavuz Sultan Səlim Məhəlləsinə düşüb. Mehmet Keçik ərazisindəki məktəb sahəsinə düşən mərmi nəticəsində 40 yaşlı çoban ölüb, 14 yaşlı şagird yaralanıb. Yaşayış binasına düşən raket mərmisi nəticəsində isə 2 nəfər ölüb, 4 nəfər yaralanıb.
Bunun ardından Türkiyə ordusu cavab olaraq Suriya ərazisini atəşə tutub.
Daha bir top mərmisi Hatay ərazisinə düşüb. Boş sahəyə düşdüyündən hadisə zamanı ölən olmayıb.
Oxunub: 2689
Oxşar xəbərlər
- İŞİD kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
- İŞİD lideri ilə bağlı xəbər yalan çıxdı
- İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazasında saxlanılır
- İŞİD-ə qoşulmuş azərbaycanlıya hökm oxunub - 14 İL
- İŞİD-in mövqelərinə zərbələr endirilib
- İŞİD İraqdakı son dayaq nöqtəsini də itirdi
- İŞİD-ə qoşulan boksçu Suriyada öldürülüb
- İŞİD müftisi öldürüldü
- İŞİD İraqa 100 milyard dollar ziyan vurub
- İŞİD-in Suriyadakı obyektləri bombalandı