İrandan Qarabağla bağlı növbəti açıqlama
01:59 19 Aprel 2016
İranın Ali dini liderinin beynəlxalq işlər üzrə məsləhətçisi, strateji tədqiqatlar üzrə mərkəzi şurasının rəhbəri Əli Əkbər Vilayəti Dağlıq Qarabağda baş verənlərdən danışıb.
Publika.az xəbər verir ki, İranın mərkəzi televiziyasına açıqlama verən Vilayəti Qarabağda baş verən “dördgünlük müharibə”nin xaricidən edilən təxribatın nəticəsi kimi dəyərləndirib.
“Münaqişə tərəflərinin döyüşlər başlayandan bir neçə gün sonra atəşi dayandırması da bunu deməyə əsas verir. Bir sıra ekspertlər hesab edir ki, ABŞ-ın və müttəfiqlərinin İraq və Suriyadakı uğursuzluğu, Şimali Qafqazdan minlərlə döyüşçünün Yaxın Şərqə getməsi fonunda Vaşinqton Rusiyanın cənub sərhədlərinə yaxın ərazidə xaos yaratmaq istəyir”, - deyə o bildirib.
Vilayəti Qarabağ münaqişəsinin tərəflərini dialoqu davam etdirməyə çağırıb, həmçinin, regionda sülhə nail olmaq üçün İran və Rusiyanın vasitəçiliyini təqdim edib.
Oxunub: 2751
Oxşar xəbərlər
- İrandan Azərbaycana zəhərli maddə keçirəndə tutuldu
- İrandan Azərbaycana narkotik keçirilib - `Binə`də əməliyyat
- İrandan narkotik keçirmək istədi - Gömrükçülərimiz yaxaladı
- İrandan gələn avtomobilindən narkotik çıxdı
- İrandan Azərbaycana qumbara keçirmək istədilər
- İrandan Azərbaycana təklif - Milli valyutadan istifadə edək
- İrandan Bərzaniyə zərbə
- İrandan Şimali Koreyaya dəstək
- İrandan Azərbaycana gələn turistlərin sayı 87% artıb
- İrandan ABŞ-ın sanksiyalarına CAVAB