İtkin düşən hərbçimizin meyiti götürüldü - RƏSMİ
18:40 19 Aprel 2016
Aprelin 19-da Beynəlxalq Qızıl Xaç Komitəsi və ATƏT nümayəndələrinin vasitəçiliyi ilə döyüş meydanında itkin düşmüş hərbi qulluqçumuzun axtarılması prosesi yenidən bərpa edilib.
Femida.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, əvvəllər dəfələrlə axtarışlar aparılmış ərazidə bu gün hərbi qulluqçumuzun meyiti aşkar edilərək götürülüb:
`Bu, o qənaətə gəlməyə əsas verir ki, erməni tərəfi həmin meyiti əvvəlcədən taparaq götürüb, bəlli olmayan səbəblərdən özündə saxlayıb və bu barədə nə vasitəçilərə, nə də Azərbaycan tərəfinə rəsmi heç bir məlumat verməyib.
Axtarışların aprelin 19-da bərpa ediləcəyi barədə rəsmi məlumat yayıldıqdan dərhal sonra erməni tərəfi meyiti əvvəllər axtarışlar aparılan əraziyə atıb.
Hazırda hərbi qulluqçumuzun ölümünün baş verməsi şəraiti, səbəbi, vaxtı, meyitin üzərində hər hansı işgəncə, təhqir əlamətlərinin olub-olmamasını təyin etmək məqsədilə tibbi-məhkəmə ekspertizası, müvafiq tanınma və digər zəruri prosedurlar həyata keçirilir`.
Oxunub: 1469
Oxşar xəbərlər
- İtkin düşən alpinistlərə görə cinayət işi açıldı - RƏSMİ
- İtkin düşən alpinistin anası prezidentə müraciət etdi
- İtkin düşən alpinistlərdən nə xəbər?
- İtkin düşən alpinistin ad günüdür
- İtkin düşmüş alpinistlərin axtarışı davam etdirilir
- İtkin düşən alpinistin bacısı danışdı: `Anamın gözü mətbuatda qalıb`
- İtkin düşmüş alpinistlərdən biri polisdir - FOTO
- İtkin düşmüş kişinin meyiti kanaldan tapılıb - Foto
- İtkin düşən Quba sakini tapılıb
- İtkin düşən şəxs tapıldı - Kürdəmirdə