Zərifə Əliyeva adına park yenidən qurulur
01:16 20 Aprel 2016
Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin yaşıllıq zonaları xüsusi diqqətlə qorunur və genişləndirilir.
Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildirilib ki, BŞİH mütəmadi olaraq reydlər aparır, qanunsuz inşaat işləri və tikililər aşkarlandığı təqdirdə aidiyyəti dövlət strukturları ilə bərabər müvafiq tədbirlər həyata keçirir.
Bir müddət əvvəl Binəqədi rayonu, Zərifə Əliyeva park kompleksindəki “Zeytunluq” deyilən yaşıllıq zonasında qanunazidd tikilinin sökülməsinə başlanılıb, parkın ərazisi beton örtüklərdən təmizlənib, söküntü işlərinin aparıldığı ərazidə çoxillik zeytun ağacları əkilib.
BŞİH-dən verilən açıqlamada qeyd edilir ki, bundan sonra da paytaxtın ümumi mənzərəsinə xələl gətirən, şəhər sakinlərinin istirahətinə və asudə vaxt keçirmələrinə mane olan, ekoloji standartlara cavab verməyən qeyri-qanuni tikililər aşkarlandığı təqdirdə onların söküntüsü davam etdiriləcək, dövlət başçısının göstərişlərinə uyğun olaraq Bakının ekoloji tarazlığının qorunması istiqamətində ardıcıl tədbirlər həyata keçiriləcək.
Xatırladaq ki, “Zeytunluq” deyilən ərazidəki qanunsuz tikililərin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Akif Çovdarova məxsus olduğu və gələcəkdə şadlıq evi kimi istifadə edilmək üçün nəzərdə tutulduğu bildirilirdi.
Femida.az
Oxunub: 1053
Oxşar xəbərlər
- Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasından 98 il ötür
- Prezident və birinci xanım “Akademik Zərifə Əliyeva” gəmisinin suya salınması mərasimində iştirak edib
- Zərifə Əliyevanın anım günüdür
- Ağsaqqallar Şurasının rəhbərliyi Fəxri Xiyabanı ziyarət edib
- Zərifə Əliyevanın doğum günüdür
- Azərbaycan Ukrayna məktəblilərinə kompüter dəstləri bağışladı
- Lavrov Cavad Zərifə zəng etdi
- Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın ad günüdür
- Zərifə Əliyevanın ömür yolu xatırlanıb