Gürcüstanda hərbi xidmət könüllü olacaq


02:14     21 Aprel 2016 gurcu%20ordusu%2020.jpg

Gürcüstan 2017-ci ildən orduya könüllü çağırış sisteminə keçəcək.


Femida.az xəbər verir ki, bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli Gürcüstanın Birinci kanalına müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, Müdafiə Nazirliyində artıq bununla bağlı qərar qəbul olunub. İndi yalnız qanunverici dəstək tələb olunur.

"Bizdə 2017-ci ildə orduya məcburi çağırış olmayacaq. Müdafiə naziri olaraq mənim qərarım belədir. Əgər bu idarəyə başqa rəhbər gələcəksə, təbii ki, o başqa qərarı qəbul edə bilər", - deyə Xidaşeli bildirib.

Nazir, həmçinin qeyd edib ki, belə sistem NATO-ya üzv ölkələrin bir çoxunda tətbiq olunur və bu effektivdir.

Açar sözlər:

Oxunub: 1587