Qarabağ həqiqətləri Misir mətbuatında


03:16     21 Aprel 2016 5398997.jpg

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Mahir Həmidovun “Azərbaycan növbəti dəfə erməni təcavüzünə məruz qalıb” məqaləsi Misirin “əl-Əhram ət-təavuni” qəzetində çap olunub.


İnstitutdan Femida.az-a verilən məlumata görə, məqalədə müəllif ərəb oxucusuna işğalın başlanmasından bu günədək baş verənləri qısa şəkildə xronoloji ardıcıllıqla anladıb, erməni məkrini əsaslı dəlillərlə ortaya qoyub, ermənilərin BMT-nin dörd qətnaməsinə hələ də əməl etmədiklərini diqqətə çatdırır.

Eyni zamanda, məqalədə son vaxtlar cəbhə bölgəsində baş verən hadisələr barədə ətraflı məlumat verilir, zaman-zaman ermənilərin həyata keçirdikləri təcavüzkar siyasətdən söz açılır.

Açar sözlər:

Oxunub: 1678