Lavrov Ermənistana niyə gedir?


18:28     21 Aprel 2016 lavrov27.jpg

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfəri zamanı əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi olacaq.


Femida.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova deyib. O, S. Lavrovun bu gün Yerevana yola düşəcəyini söyləyib: “Sabahdan rəsmi görüşlər başlayacaq. Baxmayaraq ki, nazirin səfəri çoxdan planlaşdırılmışdı, görüşlərdə əsas müzakirə mövzusu Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. Bildiyiniz kimi, Rusiya bütün səviyyələrdə, prezident, xarici işlər və müdafiə nazirləri səviyyəsində Dağlıq Qarabağda atəşkəsin bərpa olunması istiqamətində səylər göstərib”.

Rusiya XİN sözçüsü əmindir ki, münaqişə tərəfləri danışıqlar prosesini bərpa etməlidir: “Əldə olunan razılığa görə, münaqişə bölgəsində hərbi risklər azaldılmalıdır”.

Açar sözlər:

Oxunub: 1975