Nizami rayonunda yanğın baş verib


18:59     22 Aprel 2016 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-6400.jpg

Bakıda səhər saatlarında yanğın faktı qeydə alınıb.


Femida.az-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, şəhərin Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2,5 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Bina yanğından mühafizə olunub.

Yanğın saat 11:51-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Açar sözlər:

Oxunub: 1289