Nizami rayonuna yeni DYP rəisi təyin edildi


21:19     14 Sentyabr 2015 56cd4ad6-4fe9-46be-b111-4c9193b955f9.jpg

Bakı şəhəri, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi vəzifəsinə təyinat olub.


Femida.az-ın xəbərinə görə, bu vəzifəyə polis mayoru Firdovsi Yusubov təyin edilib.

F.Yusubov bu təyinata qədər Bakı Şəhər Baş Polis İdarəsində alay komandirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin əvvəlki rəisi polis polkovnik-leytenantı Fail Quliyev olub. O, vəzifəsindən azad edilərək Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Avtonəqliyyat Vasitələrinin Axtarış Şöbəsinə rəis vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Fail Quliyev daxili işlər nazirinin müavini - Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı Fazil Quliyevin qardaşıdır.

Açar sözlər:

Oxunub: 3223