Nizami rayonunda su olmayacaq


21:37     30 İyun 2016 su%20olmayacaq9.jpg

Bakı şəhəri Nizami rayonunda istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə yeni çəkilmiş magistral su xətləri mövcud sistemlərə birləşdirilir.


“Azərsu” ASC-dən Femida.az-a verilən məlumata görə, bununla əlaqədar 01 iyul 2016-cı il tarixində gün ərzində Nizami rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranacaq narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Açar sözlər:

Oxunub: 1402