Səfər Əbiyevin müavininə 8 il həbs


21:27     22 Aprel 2016 E06EE6DD-66AD-4CAD-B3DC-71877A453A98_cx0_cy0_cw95_mw1024_mh1024_s.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az xəbər verir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı çıxışında M. Səlimovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

Femida.az

Açar sözlər:

Oxunub: 2545