Səfər Əbiyevin sabiq müavini məhkəmədə danışıb
00:58 01 Sentyabr 2016
Bu gün Bakı Apellyasiya Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən sabiq müdafiə naziri Səfər Əbiyevin müavini olmuş Mehman Səlimovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib.
Femida.az -ın "Report"a istinadən xəbərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə M.Səlimov və onun müdafiəçisi çıxış edib.
Daha sonra M.Səlimovun vəkili vəsatətlə çıxış edib. Vəkil çıxışında hüquqlarını müdafiə etdiyi şəxsin ittiham olunduğu Cinayət Məcəlləsinin 192.2.2-ci maddəsi üzrə cinayətin müddətinin keçdiyini bildirib. Bunun üçün müdafiəçi həmin maddə üzrə ittihama xitam verilməsini istəyib. Vəsatətə növbəti prosesdə baxılacaq.
Məhkəmənin növbəti iclası sentyabrın 14-nə təyin olunub.
Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 192.2.2-ci (külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə ittiham olunub. O, 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri S.Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.
Bu il aprel ayının 22-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan M.Səlimov apellyasiya şikayəti verib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Oxunub: 1018
Oxşar xəbərlər
- Səfərbərlik Xidmətinə yeni səlahiyyət verilib
- Səfərbərlik xidməti dövlət qulluğu kateqoriyasına daxil edilir
- Səfər başa çatdı
- Səfər İmanovun cinayət işinin icraatı dayandırıldı
- Səfərovun kamerasındakı təhlükəli dustaq köçürüldü
- Səfər Əbiyevin müavindən xəbər var
- Səfər Əbiyevin müavini yenidən MƏHKƏMƏDƏ
- Səfər Əbiyevin müavininə 8 il həbs
- Səfər İmanova qarşı cinayət işi açıldı
- Səfər İmanov barəsində cinayət işi açıldı