Tovuzda maşın dərəyə aşıb, yaralılar var


13:17     26 Aprel 2016 big_1405508558_asib.jpg

Ucqar dağ kəndinə gedən qohumlar qəzaya düşüb.


Femida.az xəbır verir ki, hadisə ötən gecə Tovuz rayonunun Şamlıq kəndi ərazisində baş verib. "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb.

Qəza zamanı Çeşməli kənd sakinləri 59 yaşlı Zakir Əmiraslanov, 57 yaşlı Validə Əmiraslanova, 28 yaşlı Könül İbrahimova və 51 yaşlı Aybəniz Paşayeva müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına çatdırılıblar.

Xəstəxanada verilən məlumata görə, 2 nəfərin vəziyyəti daha ağır qiymətləndirilir. Faktla bağlı Polis araşdırma aparır.

Femida.az

Açar sözlər:

Oxunub: 1330