“Bakı Marafonu 2016“ qalibləri mükafatlandırıldı
18:45 01 May 2016
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Küləyə qalib gəl” şüarı altında keçirilən “Bakı Marafonu 2016”nın qalibləri məlum olub.
Marafonda qadınlar arasında finiş xəttinə ilk olaraq Rahidə Aslanova çatıb. Kişilər arasında birinci yerə Namiq Əsədov, ikinci yerə Gürcüstan vətəndaşı Georqi Dameniya, üçüncü yerə isə Tural Sadıxlı çıxıblar.
Marafonda birinci yerin qalibinə 3 min, ikinci yeri tutana 2 min, üçüncü yerə çıxana isə min manat məbləğində mükafat verilib.
Qeyd edək ki, marafonda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edib.
Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olan uşaqlarla bağlı layihəsinə yönəldiləcək.
Femida.az
Oxunub: 2766
Oxşar xəbərlər
- “Bakı Metropoliteni” QSC-nin strukturu dəyişib
- “Bakı Avtomobil” zavodunda yanğın olub
- “Bakının içməli su ilə təminatı yaxşılaşır” - İlham Əliyev
- “Bakı Metropoliteni”nə subsidiya azaldılır
- “Bakıya qələbə üçün gəlmişdim“-Niko Rosberq
- “Bakının işıqları” jurnalı nəşr olunub - RUSİYADA
- “Bakı Metropoliteni”ndən uşaqlara hədiyyə - FOTOLAR
- “Bakıda Peterburq görüşləri” başlayıb - Giriş pulsuzdur
- “Bakı Bəyənnaməsi gələcək işlərimizə yol açacaq” - Nazir
- “Bakı forumu mühüm platformadır” - Letizia Moratti