“Bakı Metropoliteni”nə subsidiya azaldılır
22:30 26 Noyabr 2016
2017-ci ildə “Bakı Metropoliteni” QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsi üçün 2015-2016-cı illərin müvafiq göstəricilərindən 7 998,2 min manat və ya 21,0% az olmaqla 30 000,0 min manat vəsait (subsidiya) proqnozlaşdırılıb.
Femida.az -ın məlumatına görə, bu barədə Report Hesablama Palatasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinə rəyinə istinadən xəbər verir.
Hesablama Palatasının apardığı nəzarət tədbiri ilə müəyyən edilib ki, metropolitenlə sərnişindaşıma xidmətlərinin maya dəyərinin artırılmasının qarşısının alınması, Cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin (metropolitenlə sərnişindaşıma xidmətinə aid olmayan) fəaliyyəti ilə bağlı müxtəlif xərclərin, normalara uyğun olmayan ezamiyyə xərclərinin azaldılması, mühasibat uçotunun qanunvericilik aktlarının tələblərinə tam şəkildə uyğunlaşdırılması və maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi “Bakı Metropoliteni”nə ayrılan subsidiyaların azaldılmasına və dövlət büdcəsi vəsaitlərinə qənaət edilməsinə gətirib çıxaracaq.
Oxunub: 1174
Oxşar xəbərlər
- “Bakı Metropoliteni” QSC-nin strukturu dəyişib
- “Bakı Avtomobil” zavodunda yanğın olub
- “Bakının içməli su ilə təminatı yaxşılaşır” - İlham Əliyev
- “Bakıya qələbə üçün gəlmişdim“-Niko Rosberq
- “Bakının işıqları” jurnalı nəşr olunub - RUSİYADA
- “Bakı Metropoliteni”ndən uşaqlara hədiyyə - FOTOLAR
- “Bakıda Peterburq görüşləri” başlayıb - Giriş pulsuzdur
- “Bakı Marafonu 2016“ qalibləri mükafatlandırıldı
- “Bakı Bəyənnaməsi gələcək işlərimizə yol açacaq” - Nazir
- “Bakı forumu mühüm platformadır” - Letizia Moratti