İŞİD-dən qaçan suriyalılar -DƏHŞƏT (FOTOLAR)


20:33     16 İyun 2015 e132e8abdcae5.jpg

Son 48 saat ərzində baş verənlər dünya mətbuatında da geniş işıqlandırılıb.


Suriyanın Tel Abyad şəhərində silahlı atışmalardan və koalisiya qüvvələrinin hava bombardmanlarından qaçaraq Türkiyə ilə sərhədə toplaşan suriyalıların şəkilləri böyük səs-küy yaradıb. Femida.az-ın məlumatına görə, son 48 saat ərzində baş verənlər dünya mətbuatında da geniş işıqlandırılıb.

Qeyd edək ki, 2 gün əvvəl suriyalılar sərhəd məftillərinin yanında toplaşaraq Türkiyəyə keçmək üçün icazə istəyiblər. Türkiyə sərhədi açmaq təlimatı versə də, İŞİD silahlıları buna mane olublar. Bunun görən suriyalılar minalanmış ərazilərə doğru yönəliblər. Bu səbəbdən sərhədə göndərilən hərbçilər təhlükəsizlik dəhlizi yaradaraq onların Türkiyə ərazisinə keçməsinə imkan yaradıb.

Bildirilib ki, həmin gün rəsmi olaraq 4 min 630 adam sərhəddən keçib. Dünən də səhər saatlarından etibarən minlərlə suriyalı Türkiyə sərhədinə toplaşıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1276