SOCAR rəhbəri əsas hədəfi açıqladı


01:21     08 May 2016 rovneq0.jpg

Azərbaycan çox böyük yarışa ev sahibliyi edir. Hər şeyi yüksək səviyyədə etməyə çalışırıq.


Femida.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.

Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirindən söz açan R.Abdullayev yarışın son günündə azərbaycanlı idmançıların daha çox medal qazanacağına inandığını bildirib:

"Çox böyük bir turnirdir. Əsas məqsədimiz 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdır. Hələ ki, "Böyük dəbilqə"də iki cüdoçumuz medal qazanıb. İnanıram ki, sabah - yarışın son günündə medalların sayı artacaq".

Femida.az

Açar sözlər:

Oxunub: 1181