Putin İlham Əliyevi təbrik etdi
18:21 08 May 2016
Rusiya prezidenti Vladimir Putin Böyük Vətən müharibəsində qazanılan qələbənin 71-ci ildönümü münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevi təbrik edib.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumatda Rusiya prezidentinin Azərbaycan prezidenti ilə yanaşı, Qazaxıstan, Belarus, Ermənistan, Özbəkistan, Türkmənistan, Moldova, Tacikistan, Qırğızıstan prezidentlərinə də təbrik məktubu göndərdiyi qeyd olunub. V.Putin Ukrayna və Gürcüstan xalqlarını da təbrik edib.
“Rusiya prezidentinin təbrik məktublarında qeyd olunur ki, Qələbə günü müqəddəs bayramdır və o, qanlı döyüşlərdə torpaqlarını qoruyan və dünyanı faşizmdən xilas edən xalqların əbədi qəhrəmanlıq və birlik rəmzi olaraq qalacaq” ,- deyə məlumatda bildirilib.
Femida.az
Oxunub: 1455
Oxşar xəbərlər
- Putin İlham Əliyevi təbrik etdi
- Putin Sankt-Peteburqdakı partlayışı terror adlandırıb
- Putin Zaxarovaya diplomatik rütbə verdi
- Putinin ən müxalif rəqibinin namizədliyi qeydə alınmadı
- Putindən Azərbaycan Prezidentinə təbrik zəngi
- Putindən İlham Əliyevə ad günü təbriki
- Putinə zəng gəldi, iclası tərk etdi
- Putin Nazarbayevi təbrik etdi
- Putin Təhlükəsizlik Şurasını toplayır - TƏCİLİ
- Putin seçkilərdə müstəqil namizəd olacaq