Yol kəsib pul tələb edən şəxsə - AĞIR CƏZA


20:10     10 May 2016 hokm9.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən İmamverdi Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.


Femida.az lent.az-a istinadən bildirir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən, İ.Mirzəyev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu il fevralın 1-də Xırdalanda baş verib. Bir nəfər Xırdalan şəhər sakini Azər Məmmədovun qarşısını kəsərək, pul verməsini tələb edib. Azər Məmmədovun pulu olmadığını görən həmin şəxs hadisə yerindən qaçıb.
Azər Məmmədov cinayətlə üzləşməsi ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət edib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən İmamverdi Mirzəyev həbs edilib.
İmamverdi Mirzəyev əvvəllər də məhkumluq həyatı yaşayıb.

Açar sözlər:

Oxunub: 1106