İŞİD üzvü Bakıda uşaq qaçırdı - Əməliyyat
16:42 11 May 2016
Mayın 10-da Sabunçu rayonu ərazisində yerləşən Şuşa şəhərciyində yaşayan Elnur Ramazanlı 12-ci PB-yə müraciət edərək mayın 9-da 8 yaşlı oğlu Hüseynin evdən çıxaraq geri qayıtmadığını bildirib.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, aparılan araşdırmalarla özünü İŞİD üzvü kimi təqdim edən şəxsin E.Ramazanlının mobil telefonuna dəfələrlə zəng edib oğlu Hüseyni girov götürməsi, azad edilməsi müqabilində 30 min manat pul istəməsi və polisə bu barədə məlumat veriləcəyi təqdirdə onun orqanlarını çıxarıb satacağını deməsi müəyyən olunub.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Abşeron sakini Elnur Məmmədov tutulub, şəhərciyin ərazisində yerləşən 2 mərtəbəli tikintisi başa çatmayan tikilidə əlləri, ayaqları və gözləri yapışqanlı lentlə bağlı vəziyyətdə olan Hüseyn tapılaraq valideynlərinə təhvil verilib.
Femida.az
Oxunub: 1211
Oxşar xəbərlər
- İŞİD kilsəyə hücuma görə məsuliyyəti üzərinə götürdü
- İŞİD lideri ilə bağlı xəbər yalan çıxdı
- İŞİD lideri ABŞ-ın Suriyadakı hərbi bazasında saxlanılır
- İŞİD-ə qoşulmuş azərbaycanlıya hökm oxunub - 14 İL
- İŞİD-in mövqelərinə zərbələr endirilib
- İŞİD İraqdakı son dayaq nöqtəsini də itirdi
- İŞİD-ə qoşulan boksçu Suriyada öldürülüb
- İŞİD müftisi öldürüldü
- İŞİD İraqa 100 milyard dollar ziyan vurub
- İŞİD-in Suriyadakı obyektləri bombalandı